http://gennaration.az/wp-content/themes/press
Previous Next
Rəngli həyat
Azmi Arslan: Marketoloq hər şeyə diqqətlə nəzarət etməli və insanlara vaxt ayırmalıdır
Sərinlik yeni adıyla yeni qablaşdırmada
Bank of Baku yeni korporativ üsluba sahib oldu

Rəngli həyat

Rənglər ışıq sürətinin müəyyən dərəcədə sıxlaşması nəticəsində ortaya çıxır. Bu sıxlıq gözün torlu qişasına çatdıqda rənglər canlanır. Qavramımıza təsir edən işığın maddələr üzərinə vurması və qismən sovrulub, qismən də əks olunması nəticəsində yaranan müxtəliflik rəng tonlarını ortaya çıxarır.

Continue Reading

Azmi Arslan: Marketoloq hər şeyə diqqətlə nəzarət etməli və insanlara vaxt ayırmalıdır

Qafqaz havasını alaraq yaşamağın enerjisini və həyəcanını hiss edirəm.

Continue Reading

Sərinlik yeni adıyla yeni qablaşdırmada

Azərbaycanın içki markalarından olan və ən çox üstünlük verilən Gülüstanın kola markası Gülüstan cola tamamilə yeniləndi. gCola adıyla yenilənən marka, qırmızıya xas rəng kodlaşdırılması və fərqli şüşəsiylə diqqəti cəlb edir.

Continue Reading

Bank of Baku yeni korporativ üsluba sahib oldu

Ölkəmizin bank sektorunda fərdi bankçılıq üzrə lider olan və pərakəndə bankçılıq (retail banking) sahəsində ixtisaslaşan Bank of Baku uzun illər sonra rebrendinq etdi.

Continue Reading
  • Ənənəvi media daha qüvvətlidir

    Ənənəvi media daha qüvvətlidir

    İstehlakçılar Facebook və Twitter kimi sosial media platformalarında markalarla əlaqəli məlumat paylaşmağı davam etsələr də, sosial media xaricindəki online məcralardan daha çox məlumat əldə edirlər. Facebook və Twitter alverçilər tərəfindən müştərilərlə əlaqə saxlamağın ən güclü yollarından biri hesab edilir. Ancaq təxmin edilən qədər müştəri media platformalarında markalardan bəhs etmir. AYTM Market Research tərəfindən edilən araşdırmaya görə amerikalı Facebook istifadəçilərinin 57,8%- i hər hansı marka ilə bağlı heç nə demir. 0,5% istifadəçilərin markalarla əlaqəli mənfi şərhləri xüsusi ilə alverçilərin diqqətini çəkir. 25,3% istifadəçilər markalarla bağlı müsbət fikir bildirir. 16,4%-i isə həm müsbət, həm mənfi fikirlərini bildirir. Amerikalı Twitter istifadəçiləri ilə əlaqədar alınan məlumatlar Facebook ilə bənzərlik daşıyır. İstifadəçilərin 61,3%-i markalar haqqında tweet atmadıqlarını ifadə edir.

    Devam
  • Şamaxıda 5 ulduzlu otel

    Şamaxıda 5 ulduzlu otel

    Qədim Azər-baycan şəhər-ləri arasında xüsusi yer tutan, gözəl, uca dağlar qoynundakı palıd, fıstıq və vələs meşələri, göz oxşayan yaşıl çəmənliklər ilə zəngin təbiəti və görkəmli Qoşa minarəli Cümə məscidi, Gülüstan qalası (XI-XII əsrlər) və s. kimi tarixi yerləri ilə tanınan Şirvanın özəyi sayılan Şamaxı şəhərində yeni 5 ulduzlu otelin tikintisi başlanılmışdır. Bu diyar yayda da, qışda da turizm həvəskarlarını və istirahət edənləri cəlb edir. Bakılı alpinistlərin daha çox həvəs göstərdikləri Babadağ zirvəsi də Şamaxı rayonun ərazisindədir. Oteldə yerli vətəndaşların və xarici turistlərin gözəl təbiət qoynunda zövq alaraq istifadə edə biləcəyi 114 nömrə nəzərdə tutulub onlardan 95-i standart , 19-u isə lüks olacaq. Bundan başqa 500 nəfərlik üç konfrans zalı, idman və oyun meydançaları və digər istirahət üçün lazım olan şərait nəzərə alınıb. Otelin brendinqi Genna’Baku aqentliyi tərəfindən həyata keçirilib. Dizaynda istifadə olunan əsas “ S ” elementi stilistikada Şamaxı şəhərinin adı ilə bir bağlılıq yaradır və şəhərin tarixinə xüsusi münasibət bəslənməsini vurğulayır.

    Devam
  • Rənglər və qablaşdırma dizaynında rəf təsiri

    Rənglər və qablaşdırma dizaynında rəf təsiri

    Hər hansı bir insan hər gün orta hesabla üç min “marketinq görüntüsü” ilə qarşılaşır. Kevin Roberts bu vəziyyəti “Pərakəndə bir uğultudur.” ifadəsi ilə izah edir. Səs-küy kar edir, “vizual səs-küy” isə kor edir. İstehlakçılar rəmzlərdən formalaşan rəng buketləri ilə korlaşır və alqı müxtəlifliyi arasında emosional olaraq itirlər. Yaxşı bəs istehlakçı, özünü itirdiyi bu labirintdə kimin bələdçiliyi ilə yolunu tapır? İstehlakçılar orta hesabla bir super marketdə hər bir dəqiqədə təxminən 300 məhsulun qarşısından keçirlər. Tipik bir müştərinin, bu məhsulun 1000 ədəddən daha azını gördüyü və mağazadan çıxarkən yaddaşında sadəcə 14 məhsulun qaldığı, hər bir məhsul üçün sadəcə 2-6 saniyə arasında vaxt sərf etdiyi vurğulanır. Yəni, məhsul istehlakçıya bu zaman ərzində təsirini göstərməlidir. “Vizual səs-küy” içərisində bunu bacaracaq olan da qablaşdırma dizaynıdır, qablaşdırma dizaynında ilk anda diqqət cəlb edən isə çox vaxt dizaynın hakim rəngidir.

    Devam
  • Yeni marketinq dövründə təbii olaraq yaşıl marketinq

    Yeni marketinq dövründə təbii olaraq yaşıl marketinq

    İsveç avtomobil firması Volvo 1996-cı ildən etibarən Yapon istehlakçılara avtomobillərini, istehsal və istifadə mərhələsindəki ekoloji təsirləri və hər bir modelin t’krar emal olunma xüsusiyyətləri haqqında təbliğat mesajları verərək marketinqə başladı. Ətraf mühitə dair bu həssas mesaj strategiyası sayəsində Volvo, Yaponiyadakı bazar payını 17% artıraraq 20.500 ədəd/il-dən 24.000 ədəd/il-ə çatırdı. Satışların artması və ekologiya performansı arasında ədədi bir əlaqə qurmaq çətin olmasına baxmayaraq Volvo satışlar artımında məhsullarının ətraf mühit performansının təsiri olduğunu düşünürdü (Erginel, 2001: 51).

    Continue Reading
  • Rəng çılğını

    Rəng çılğını

    Salinin hər rəsm əsərini sevirəm. İçimdə qeyri-adi hiss yaranır. Rənglərdən heç qorxmur. Rəng limiti aşır, amma ən əsası isə odur ki, həm də onlar özləri limiti yaradır. Salinin əsələrində rəng vasitə deyil, mühitdir. Matisse kimi çalışır. Rəsm əsərində gördüyü səhvi düzəltmir, onun əvəzinə yeni əsər yaradır. Obraza mücərrəd damlalar axıdır sanki. Sadəcə dünya içində deyil, eyni zamanda kosmos içində... Yeni ünsiyyət vasitələrinin birbaşa vizuallığı rəsm sənətini başqa tərəfə istiqamətləndirib. İndi yeni nəsil sənətkarlarında fərdi baxış daha güclüdür. Bu xüsusiyyəti Salinin əsərlərində də qabarıq şəkildə görmək mümkündür. Adı Salih Turandır. Sali olaraq dəyişdirib. Mən ona Dalvador Sali deyirəm.Bilmirəm bu adı sevir, ya sevmir. Rəng çılğını! Bəli, bu belədir.

    Continue Reading